Naxçıvanda daha bir federasiyanın fəaliyyətinə xitam verildi

 Naxçıvanda daha bir federasiyanın fəaliyyətinə xitam verildi

Naxçıvan Muxtar Respublikasının Kikboksinq Federasiyası fəaliyyətini dayandırıb.

Mediasport.az xəbər verir ki, federasiya bu addımı öz ərizəsi əsasında atıb.

Qurum 2018-ci ildə yaradılmışdı və sədri Xəyal Abdullayev idi.

Qeyd edək ki, əvvəl daha bir neçə federasiya fəaliyyətini dayandırmışdı.

Bunun əvəzində Naxçıvanda ümumrespublika federasiyalarının nümayəndəlikləri fəaliyyət göstərəcək.