"Keçmiş uğurlar heç vaxt keçmişdə qalmayacaq" - Fernandu Santuş
Azərbaycan milli komandasının baş məşqçisi Fernandu Santuş Portuqaliya Futbol Federasiyasının 110 illik yubileyi münasibətilə keçirilən tədbirdə çıxış edib.
Mediasport.az xəbər veri rki, milli komandamızın çalışdırıcısı çıxışında Portuqaliya yığmasının keçmiş və gələcək uğurlarından bəhs edib:
“Keçmiş uğurlar heç vaxt keçmişdə qalmayacaq. Onlar həmişə Portuqaliya futbolunun bir parçası olacaq. İndi biz daha çox titul qazanması üçün komandamıza mümkün olan hər şəkildə dəstək olmalıyıq".
Qeyd edək ki, Portuqaliya Santuşun rəhbərliyi altında 2016-cı ildə Avropa çempionu olub, 2018/2019-cu illər mövsümündə isə UEFA Millətlər Liqasını qazanıb.
Tədbirdə Portuqaliya millisinin hazırkı baş məşqçisi Roberto Martines və bu yığmada vaxtı ilə işləmiş digər mütəxəssis Luis Felipe Skolari də iştirak edib.