"Neftçi" ilk transferini açıqladı

"Neftçi" ilk transferini açıqladı

"Neftçi” qış fasiləsi dönəmində ilk transferini rəsmiləşdirib.

Mediasport.az xəbər verir ki, paytaxt klubu yaponiyalı yarımmüdafiəçi Ryonosuke Ohorini rənglərinə bağlayıb.

18 nömrəli formanı geyinəcək 24 yaşlı futbolçu ilə 5 ay + 2 il şərti ilə müqavilə imzalanıb.

Ohori futbola Yaponiyanın “Sanfreççe” klubunun akademiyasında başlayıb.

Sonuncu klubu “Transinvest”in (Litva) heyətində 2024-cü ilin fevralından meydana çıxdığı 31 çempionat matçında 6 qola imza atıb.