"Neftçi" daha bir futbolçusu ilə müqaviləni ləğv etdi - RƏSMİ
"Neftçi" daha bir futbolçusu ilə yollarını ayırıb.
Mediasport.az xəbər verir ki, paytaxt təmsilçisi Kilan Lebonla vidalaşıb.
27 yaşlı fransalı futbolçu ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.
2023-cü ilin yanvarından "Neftçi"də forma geyinən K.Lebon bu müddət ərzində meydana çıxdığı 73 rəsmi oyunda 6 qol vurub.
Xatırladaq ki, "ağ-qaralar" bugünlərdə müdafiəçi Mark Tamaşla da müqaviləni pozub.