Mahir Emrelidən Almaniyada növbəti qol, "Nürnberq" qalib gəldi
Azərbaycan milli komandasının hücumçusu Mahir Emrelinin formasını geyindiyi “Nürnberq” yoldaşlıq oyunu keçirib.
Mediasport.az xəbər verir ki, 28 yaşlı forvardın komandası “İnqolştadt”la qarşılaşıb.
İlk 90 dəqiqə Miroslav Klozenin komandasının 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Mahir bu matçda meydana fasilədən sonra çıxıb.
Komandalar arasında növbəti duel isə bir qədər sonra başlayıb.
Hazırda ilk hissəsi başa çatmış oyunda "Nürnberq" 2:0 hesabı ilə irəlidədir, yığmamızın futbolçusu 30-cu dəqiqədə penaltidən qol vurub.