"Dinamo"nun üzvü ötən ilin matçını seçdi, "Qarabağ"ı işarə verdi

"Dinamo"nun üzvü ötən ilin matçını seçdi, "Qarabağ"ı işarə verdi

"Qarabağ"ın sabiq qapıçısı Andrey Lunyov 2024-cü ildə onun üçün ən yaddaqalan oyunu açıqlayıb.

Mediasport.az xəbər verir ki, bu haqda Rusiyanın TASS agentiliyinə danışan 33 yaşlı qolkiper UEFA Avropa Liqasında Almaniyanın "Bayer" komandasına qarşı keçirdikləri matçları unudulmaz hesab etdiyini deyib:

"Ötən il kifayət qədər məhsuldar, normal olub. 2024-cü ildə ən yaddaqalan hadisələr, yəqin ki, Avropa Liqasındakı oyunlar, konkret desək, "Bayer"ə qarşı matçlar idi".

Xatırladaq ki, Azərbaycan çempionu yarışın 1/8 finalında leverkuzenlilərə iki oyunun nəticəsinə (2:2, 2:3) görə məğlub olub.

Karyerasını Moskva "Dinamo"sunda davam etdirən rusiyalı ötən mövsüm Ağdam klubunun heyətində 16 görüşdə forma geyinib.

O, 2024-cü ilin yayında vətəninə yollanıb.