RƏSMİ: Azərbaycan klubu məşhur futbolçunun qardaşı ilə vidalaşdı

RƏSMİ: Azərbaycan klubu məşhur futbolçunun qardaşı ilə vidalaşdı

“Şamaxı” daha bir futbolçusu ilə yollarını ayırıb.

Mediasport.az xəbər verir ki, bölgə təmsilçisi yayda böyük ümidlərlə transfer edilmiş Conatan Benteke ilə vidalaşıb.

Məşhur "Liverpul"lu Kristianın Bentekenin qardaşı ilə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib.

Xatırladaq ki, bu qış Şamaxı klubundan İlkin Muradov, Giorgi Kantariya, Adil Nağıyev, Ramin Əhmədov, Qurban Səfərov və Zahid Mərdanov da göndərilib.