"Sumqayıt" son yoxlama matçında 1-ci Liqa klubunu məğlub etdi

 "Sumqayıt" son yoxlama matçında 1-ci Liqa klubunu məğlub etdi

Mövsümün ikinci yarısı üçün hazırlıqlarını davam etdirən "Sumqayıt" bu gün təlim-məşq toplanışı çərçivəsində son yoxlama oyununu keçirib.

Mediasport.az xəbər verir ki, Vaqif Cavadovun baş məşqçisi olduğu komanda 1-ci Liqa təmsilçisi MOİK-lə qarşılaşıb.

Sumqayıtdakı "Kapital Bank Arena"da keçirilən görüş "gənclik şəhəri" klubunun qələbəsi ilə yekunlaşıb - 3:2.

"kimyaçılar"ın qollarını Giorgi Karaişvili, Kamran Quliyev və Rövlan Muradov vurublar.