Milli komandamızdan imtina edən futbolçu Belçika klubuna yollanır

Milli komandamızdan imtina edən futbolçu Belçika klubuna yollanır

Qazaxıstanın “Jenis” komandasının futbolçusu Raul Allahverdiyev karyerasını Belçikada davam etdirmək imkanı qazanıb.

Mediasport.az xəbər verir ki, əslən azərbaycanlı olan 18 yaşlı hücumçu Pro Liqa təmsilçisi “Gent” klubunda oynaya bilər.

Gənc forvard Beçika təmsilçisinin U-21 komandasının düşərgəsində sınaqdan keçmək üçün dəvət alıb.

Peşəkar futbola 15 yaşında “Jenis”də başlayan Raul uzun müddətdir AFFA-nın diqqət mərkəzindədir.

Lakin futbolçu federasiyadan Azərbaycan yığmasında oynamaqla bağlı aldığı təklifə "yox" cavabı verib.

O, Qazaxıstan milli komandasında oynamaq istədiyini deyib.