Cüdo Federasiya kəmər dərəcələri üzrə rəsmi imtahan təşkil edəcək

  Cüdo Federasiya kəmər dərəcələri üzrə rəsmi imtahan təşkil edəcək

Azərbaycan Cüdo Federasiyasının təşkilatçılığı ilə Bakıda kəmər dərəcələri üzrə rəsmi imtahan keçiriləcək.

Mediasport.az xəbər verir ki, imtahanda 7 yaşdan yuxarı, cüdo ilə məşğul olan hər bir idmançı iştirak edə bilər.

Kəmər seçimi müvafiq yaş uyğunluğuna əsasən aparılacaq.

İmtahan iyulun 9-da cüdo üzrə milli komandalar üçün Təlim-Məşq Mərkəzində keçiriləcək.