Naxçıvanda ustad dərsi keçirildi
Naxçıvanda cüdo üzrə ustad dərsi təşkil olunub.
Mediasport.az xəbər verir ki, Naxçıvan Dövlət Milli Musiqili Dram Teatrının önündə keçirilən "Ustad dərsi" layihəsində dünya çempionu Nihat Məmişov, Avropa çempionu Bahadır Feyzullayev, yığma komandanın məşqçisi Nicat Şıxalızadə və məşqçi Samir İsmayılov iştirak ediblər.
Ustad dərsi çərçivəsində müxtəlif cüdo fəndləri uşaq və yeniyetmələrə nümayiş etdirib. Təcrübəli idmançılar cüdonun fəlsəfəsi və əsas texnikaları haqqında məlumat verərək, iştirakçılara bu idman növünün incəliklərini öyrədiblər. Uşaqlar və gənclər tatamiyə dəvət olunaraq, göstərilən fəndləri öyrənib tətbiq etməyə çalışıblar.
Tədbir zamanı iştirakçılar üçün viktorinalar təşkil olunub, cüdo ilə bağlı suallar verilib və düzgün cavab verən şəxslərə müxtəlif hədiyyələr təqdim edilib.