Adrian Mutunun “Neftçi”yə baş məşqçi təyinatı dünya mətbuatında

Adrian Mutunun “Neftçi”yə baş məşqçi təyinatı dünya mətbuatında

Adrian Mutunun “Neftçi”yə baş məşqçi təyin edilməsi dünyada maraqla qarşılanıb.

MediaSport.az xəbər verir ki, məşhur idman saytları keçid haqqında xəbərlər paylaşıblar.

İtaliyanın “Calciomercato”, “Tuttomercatoweb”, Türkiyənin “Fanatik”, “NTV Spor”, “Ajansspor”, Rusiyanın “Sport-express”, “Sovetski sport”, həmçinin ABŞ, Böyük Britaniya, İspaniya və s. kimi ölkələrin mətbuatında rumıniyalı mütəxəssislə bağlı müxtəlif yazılar dərc edilib.

Qeyd edək ki, "ağ-qaralar" 44 yaşlı mütəxəssislə 2 illik müqavilə bağlayıblar.