RƏSMİ: Azərbaycan çempionu ev oyunlarını bu stadionda keçirəcək

RƏSMİ: Azərbaycan çempionu ev oyunlarını bu stadionda keçirəcək

Yeni mövsümdən futbol üzrə Azərbaycan 2-ci Liqasında yarışacaq "Şimal" klubunun ev oyunlarını keçirəcəyi stadion müəyyənləşib.

Mediasport.az xəbər verir ki, Peşəkar Futbol Liqası və SOCAR-ın Sosial İnkişaf İdarəsi ilə razılığa əsasən, Xaçmaz təmsilçisi ev oyunlarını Siyəzən şəhər stadionunda keçirəcək.

Xatırladaq ki, şimallılar ötən mövsüm AFFA Region Liqasında qalib adını qazanaraq 2-ci Liqaya vəsiqə əldə ediblər.