AFFA-dan Çeferinin namizədliyinə dəstək - Yalnız İngiltərə qarşı çıxıb
UEFA-nın Fransa paytaxtı Parisdə Konqresi öz işinə başlayıb.
Mediasport.az xəbər verir ki, Konqress Avropa futbol təşkilatının rəhbəri Aleksander Çeferinin ilk prezidentlik müddətinin ləğvini səsvermə ilə qəbul edib.
Sloveniyalı funksioner 2027-ci ildə növbəti dəfə bu posta namizədliyini irəli sürmək hüquq qazanıb.
Konqresinin qərarına yalnız İngiltərə qarşı çıxıb. 3 ölkə federasiyası - Norveç, İslandiya və Ukrayna bitərəf qalıb, digər üzvlər kimi, AFFA da qərarı dəstəkləyib.
Maraqlıdır ki, Çeferin prezidentlik müddəti başa çatandan sonra - yəni, 2027-ci ildə namizəd olmayacağını açıqlayıb.
Qeyd edək ki, o, UEFA-ya 2016-cı ilin sentyabrından rəhbərlik edir və 2 dəfə - 2019-cu və 2023-cü illərdə seçkilərdə qalib gəlib.