"Bayer"lə yenidən oynamağın üstünlük olduğunu düşünürəm"
"Yenidən "Bayer"lə oynamağımız bir tərəfdən xoşdur. Digər tərəfdən, bu, başqa olsaydı, daha yaxşı idi".
Mediasport.az xəbər verir ki, bu sözləri "Qarabağ"ın qapıçısı Andrey Lunyov Rusiya mətbuatına açıqlamasında deyib.
UEFA Avropa Liqasının 1/8 final mərhələsinin püşkatmasını dəyərləndirən qolkiper Almaniya nəhənginin tanış rəqib olduğunu vurğulayıb:
"Onlarla iki oyun keçirmişik artıq. "Bayer"lə yenidən oynamağın bu mənada üstünlük olduğunu düşünürəm. Tanıdığımız komandadır. Rəqibin necə oynadığını, özümüzün necə oynamalı olduğumuzu bilirik. Güclü və zəif tərəflərini müəyyənləşdirmişik. Futboldur, hər şey ola bilər. İstənilən rəqibə qarşı oynamaq olar və oynamaq lazımdır".
Qeyd edək ki, cari mövsüm Avropa Liqasının qrup mərhələsində "Bayer"lə iki dəfə qarşılaşan Azərbaycan çempionu Bakıda 0:1, Almaniyada 1:5 hesabları ilə məğlub olub.
"Əczaçılar"la 1/8 finalın ilk dueli martın 7-də Bakıda, cavab qarşılaşması 15-də Leverkuzendə baş tutacaq.