Mahir Emrelinin "Konyaspor"da əsgər salamı ilə təqdimatı oldu - FOTO

Mahir Emrelinin "Konyaspor"da əsgər salamı ilə təqdimatı oldu - FOTO

Mövsümün sonuna qədər "Konyaspor"da çıxış edəcək Azərbaycan millisinin forvardı Mahir Emrelinin Superliqa təmsilçisində təqdimat mərasimi keçirilib.

mediasport.az xəbər verir ki, "Dinamo"dan (Zaqreb) icarəyə götürülən hücumçu imzalanma mərasimində azarkeşləri salamlayıb.

Millimizin hücumçusu "Konyaspor" formasında əsgər salamı verməsilə diqqəti çəkib. O, yeni komandasında 19 nömrəli formanı geyinəcək.

Mahirlə yanaşı Metehan Mert, Alexandro Pozuelo, Marlos Moreno da iştirak edib. Adıçəkilən futbolçular da Türkiyə klubunun yeni transferləridir.