"Qarabağ"ın direktoru: "Bu, məğlubiyyətin bəhanəsi ola bilməz"
"Məğlub olsaq da, çox yaxşı mübarizə apardıq".
Mediasport.az xəbər verir ki, bu sözləri Sportinfo.az-a açıqlamasında "Qarabağ"ın direktoru Əmrah Çəlikəl deyib.
İllərdir Ağdam klubuna sədaqətlə xidmət edən funksioner Çempionlar Liqasının üçüncü təsnifat mərhələsində "Ludoqorets"ə Bakıda 1:2 hesablı yenilgiyə münasibət bildirib.
Təcrübəli funksioner gələn həftə Bolqarıstanda keçiriləcək cavab matçına revanş üçün gedəcəklərini söyləyib:
"Burada şansızlıqlə üzləşdik. İsveçrəli baş hakimin də rolu az olmadı. Amma təbii ki. bu, məğlubiyyətin bəhanəsi ola bilməz. Mən də yenə də inanıram ki, biz cavab oyununda daha yaxşı çıxış edəcəyik.
Daha diqqətli olacağıq. Zatən Qurban müəllim hər şeyi bizdən də yaxşı bilir. İnanıram ki, rəqibə uyğun taktika seçəcək.
İnşallah, öz əzmkarlığımız və savaşçılığımzla bu mərhələni keçəcəyik. Əminəm ki, hamılıqla bunun üçün əlimizdən gələni edəcəyik".
Xatırladaq ki, cavab görüşü avqustun 13-də reallaşacaq.