"Neftçi"də yeni legioner - Millinin üzvüylə 350 minlik ANLAŞMA

"Neftçi"də yeni legioner - Millinin üzvüylə 350 minlik ANLAŞMA

“Neftçi” heyətinə daha bir legioner transfer edib.

Mediasport.az saytına verilən məlumata görə, paytaxt təmsilçisi Kosovo klubu "Ballkani" ilə müqaviləsi gələn ay başa çatacaq Edvin Kutsla anlaşıb.

Ötən ildən Monteneqro millisinə dəvət alan dayaq yarımmüdafiəçisinin "ağ-qaralar"a keçidi pulsuz başa gəlib.

Yığmada 3 görüşə 3 qol vurmuş Kutsun bakılılarla illik 350 min avroya əl sıxışdığı bildirilir.

31 yaşlı futbolçu "Neftçi" ilə 1+1 illik anlaşmaya razılıq verib.