AFFA-da MÜHÜM TOPLANTI: İcraiyyə Komitəsinin iclası keçirilir
Bu gün AFFA İcraiyyə Komitəsinin növbəti iclası keçiriləcək.
Mediasport.az xəbər verir ki, federasiyanın inzibati binasında baş tutacaq toplantı saat 10:00-da başlanacaq.
İclasın gündəliyini diqqətinizə çatdırırıq:
1. 2024-cü il üçün AFFA-nın büdcəsinin müzakirəsi
2. AFFA-nın strategiyası və uşaq futboluna dair müzakirələr
3. Aşağı yaş qrupu üzrə milli komandaların baş məşqçi məsələsinin müzakirəsi
4. 1-ci və 2-ci Liqada mövcud vəziyyətin müzakirəsi
5. “Qəbələ” İK-ya müvafiq yardımın ayrılması
6. Digər məsələlər.