Azərbaycan klubu İtaliya şirkəti ilə müqavilə bağladı - RƏSMİ
Yeni mövsümdən futbol üzrə Azərbaycan Premyer Liqasında iştirak edəcək “Araz-Naxçıvan” İtaliya şirkəti ilə əməkdaşlığa başlayıb.
MediaSport.az xəbər verir ki, Naxçıvan təmsilçisi 2023-2024-cü illər mövsümündə əsası 1948-ci ildə qoyulmuş "Diadora” şirkətinin forma və geyim dəstlərindən istifadə edəcək.
İtaliyə kampaniyası ilə rəsmi müqavilə bağlanıb. Şirkətin komanda üçün istehsal edəcəyi məhsullar yaxın günlərdə təqdim ediləcək.
Qeyd edək ki, "Araz-Naxçıvan"ın oyun formaları ağ və qırmızı rəngdə olacaq.