Türkiyə yığması millimizin qapısından 5 cavabsız top keçirdi

Türkiyə yığması millimizin qapısından 5 cavabsız top keçirdi

19 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Moldovada təşkil edilən yoldaşlıq turnirində ikinci matçına çıxıb.

Mediasport.az xəbər verir ki, komandamız Türkiyənin U-20 seçməsi ilə üz-üzə gəlib.

Bender şəhərindəki “Dinamo” stadionunda keçirilən qarşılaşmada millimiz darmadağın edilib - 0:5.

U-19 turnirin ilk görüşündə Qazaxıstan yığmasına 2:0 hesabı ilə qalib gəlib.

Xatırladaq ki, millimiz iyunun 10-da Moldovanın U-19 kollektivi ilə qarşılaşacaq.