BU DA SON! AFFA İK Canni De Byazi ilə bağlı yekun qərarını verib

BU DA SON! AFFA İK Canni De Byazi ilə bağlı yekun qərarını verib

AFFA-nın İcraiyyə Komitəsinin (İK) fövqəladə iclası keçirilib.

Toplantıda İK üzvlərindən Fərid Mansurov, Elxan Məmmədov, Mahir Məmmədov və Elmar Məmmədyarov iştirak etməyib.

İclasın gündəliyinə Azərbaycan millisinin baş məşqçisi Canni De Byazinin hesabatı və müqavilə müddətinin artırılıb-artırılmama məsələsi daxil edilib.

İtaliyalı mütəxəssis iclasda cəmi 10 dəqiqə oturub. 67 yaşlı məşqçi AVRO-2024-ün seçmə mərhələsinin yekunları barədə qısa məlumat verəndən sonra zalı tərk edib.

Mediasport.az saytına verilən məlumata görə, federasiya Canni De Byazi ilə bağlı yekun qərarını verib. Apenninli çalışdırıcı ilə başa çatan müqavilə yenilənməyib.

Maraqlıdır ki, De Byazi özü əməkdaşlığın uzadılmamasını istəyib.

O, Azərbaycan yığmasına 2020-ci ilin avqustundan rəhbərlik edirdi.