AFFA İntizam Komitəsi: 1-ci və 2-ci Liqa təmsilçiləri cərimə ödəyəcək

AFFA İntizam Komitəsi: 1-ci və 2-ci Liqa təmsilçiləri cərimə ödəyəcək

AFFA İntizam Komitəsinin iclası keçirilib.

Mediasport.az xəbər verir ki, toplantıda Azərbaycan 1-ci və 2-ci Liqasının oyunları zamanı baş vermiş qayda pozuntularına hüquqi qiymət verilib.

08.04.2024-cü il tarixində 2-ci Liqada 20-ci turun "Kür-Araz" - "Dinamo" oyununda "Kür-Araz" klubunun 4 futbolçusu sarı vərəqə aldığına görə "Kür-Araz" klubu 70 manat cərimə edilir (maddə 37);

08.04.2024-cü il tarixində 2-ci Liqada 20- turun "Kür-Araz" - "Dinamo" oyunu bitdikdən sonra "Kür-Araz" klubunun 9 nömrəli futbolçusu Elxan Məmmədov rəqibi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 3 oyun cəzalanır, "Kür-Araz" klubu 200 manat cərimə edilir (maddə 43.1);

08.04.2024-cü il tarixində 2-ci Liqada 20-ci turun "Kür-Araz" - "Dinamo" oyununda PFL Əsasnaməsinin tələbləri pozulduğuna görə "Kür-Araz" klubu 50 manat cərimə edilir (maddə 70.1);

08.04.2024-cü il tarixində 2-ci Liqada 20-ci turun "Kür-Araz" - "Dinamo" oyununda "Dinamo" klubunun 5 futbolçusu sarı vərəqə aldığına görə "Dinamo" klubu 70 manat cərimə edilir (maddə 37);

08.04.2024-cü il tarixində 2-ci Liqada 20-ci turun "Kür-Araz" - "Dinamo" oyunu bitdikdən sonra "Dinamo" klubunun 5 nömrəli futbolçusu Elxan Zeynalabdinzadə rəqibi yumruqla vurduğuna görə birbaşa qırmızı vərəqə aldığı üçün 4 oyun cəzalanır, "Dinamo" klubu 300 manat cərimə edilir (maddə 40.3);

09.04.2024-cü il tarixində 2-ci Liqada 20-ci turun "Füzuli" - "Şəki Siti" oyununda "Füzuli" klubunun 4 futbolçusu sarı vərəqə aldığına görə "Füzuli" klubu 70 manat cərimə edilir (maddə 37);

09.04.2024-cü il tarixində 2-ci Liqada 20-ci turun "Göygöl" - "Baku Sportinq" oyununun 58-ci dəqiqəsində "Göygöl" klubunun 17 nömrəli futbolçusu Çingiz Məmmədov ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalanır, "Göygöl" klubu 50 manat cərimə edilir (maddə 36.5);

09.04.2024-cü il tarixində 2-ci Liqada 20-ci turun "Kürmük Qax" - "Ağdaş" oyununda "Ağdaş" klubunun 4 futbolçusu sarı vərəqə aldığına görə “Ağdaş” klubu 70 manat cərimə edilir (maddə 37),

10.04.2024-cü il tarixində 1-ci Liqada 21-ci turun "İmişli" - "İrəvan" oyununda "İrəvan" klubunun 4 futbolçusu sarı vərəqə aldığına görə "İrəvan" klubu 70 manat cərimə edilir (maddə 37);

11.04.2024-cü il tarixində 1-ci Liqada 21-ci turun "Karvan" - MOİK oyununda PFL Əsasnaməsinin tələbləri pozulduğuna görə "Karvan" klubu 50 manat cərimə edilir (maddə 70.1);

11.04.2024-cü il tarixində 1-ci Liqada 21-ci turun "Karvan" - MOİK oyununa Təcili Tibbi Yardım avtomobili təyin edilmiş vaxtdan gec gəldiyinə görə "Karvan" klubu 100 manat cərimə edilir (maddə 72.4);

11.04.2024-cü il tarixində 1-ci Liqada 21-ci turun "Karvan" - MOİK oyunu bitdikdən sonra meydançaya kənar şəxslər daxil olduğuna görə "Karvan" klubu 80 manat cərimə edilir (maddə 51.2);

11.04.2024-cü il tarixində 1-ci Liqada 21-ci turun "Karvan" - MOİK oyunu bitdikdən sonra qonaq komandanın futbolçusu tərəfindən stadionun əmlakına vurulmuş zərər MOİK klubu tərəfindən ödənilsin (maddə 54.2);

11.04.2024-cü il tarixində 1-ci Liqada 21-ci turun "Şamaxı" - "Mingəçevir" oyununda "Mingəçevir" klubunun 4 futbolçusu sarı vərəqə aldığına görə "Mingəçevir" klubu 70 manat cərimə edilir (maddə 37);

11.04.2024-cü il tarixində 1-ci Liqada 21-ci turun "Qaradağ Lökbatan" - "Zaqatala" oyunu bitdikdən sonra meydançaya kənar şəxslər daxil olduğuna görə "Qaradağ Lökbatan" klubu 80 manat cərimə edilir (maddə 51.2).