Ağabala Ramazanov "Səbail"də məşqlərə nə vaxt başlayacaq?

 Ağabala Ramazanov "Səbail"də məşqlərə nə vaxt başlayacaq?

Azərbaycan Premyer Liqasının 12-ci turunun “Turan Tovuz”la ev görüşünün birinci hissəsində rəqiblə toqquşmadan sonra huşunu itirən “Səbail”in kapitanı Ağabala Ramazanovun son durumu açıqlanıb.

Klubun mətbuat xidmətinin rəhbəri Rəşad Məmmədov Mediasport.az saytına açıqlamasında Ağabalanın həkim nəzarətində olduğunu deyib:

"Kapitan evdə həkim nəzarəti altındadır. Hələ ki, məşq etməsinə icazə verilmir. Mütəmadi olaraq muayinə edilir. Ağabalanın tam sağalması müəyyən vaxt tələb edir. Ona görə də komandaya nə vaxt qoşulması barədə konkret tarix yoxdur".

Qeyd edək ki, Tovuz klubunun futbolçusu Faiq Hacıyevlə toqquşan 30 yaşlı forvard bir müddət xəstəxanada müalicə alıb.