"Neftçi" və "Qarabağ"ın keçmiş üzvü Azərbaycan klublarından dəvət aldı

"Neftçi" və "Qarabağ"ın keçmiş üzvü Azərbaycan klublarından dəvət aldı

2015/2016 və 2019/2020-ci illər mövsümlərində Azərbaycanda çıxış etmiş Aylton karyerasını yenidən ölkəmizdə davam etdirə bilər.

mediasport.az xəbər verir ki, "Neftçi" və "Qarabağ"ın 28 yaşlı sabiq sol cinah müdafiəçisi bir neçə klubumuzla danışıq aparır.

Son klubu Rusiyanın aşağı liqa təmsilçisi "Rodina" olan Aylton ümumilikdə ölkəmizdə 47 oyun keçirib, 4 qol vurub.