"Traktor" 3 xalı 4 qolla qazanıb - Təbriz klubu 3-cü pillədə qərarlaşıb

"Traktor" 3 xalı 4 qolla qazanıb - Təbriz klubu 3-cü pillədə qərarlaşıb

İran çempionatında 20-ci turun oyunları keçirilib.

Sportal.az xəbər verir ki, Cənubi Azərbaycan təmsilçisi "Traktor" doğma meydanda "Havadar"la qarşılaşıb.

Təbriz təmsilçisi rəqibini məğlub edib - 4:2.

Xallarını sayını 35-ə çatdıran "al qurdlar" 3-cü pillədəki mövqeyini qoruyub.

1 görüş az keçirmiş təbrizlilər lider "İstiqlal"dan 8 xal geri qalırlar.