Hakimlərin yeni cədvəli açıqlandı: Düşənlər və yüksələnlər - SİYAHI

Hakimlərin yeni cədvəli açıqlandı: Düşənlər və yüksələnlər - SİYAHI

AFFA Hakimlər Komitəsi 2023/2024-cü illər mövsümündə Azərbaycan Premyer Liqası və Birinci Divizion oyunlarını idarə edəcək hakimlərin siyahısını təsdiqləyib.

mediasport.az xəbər verir ki, referilər və köməkçiləri kateqoriyalara bölünüb.

Emin Əliyev, Kamran Əliyev və Əli Əliyev elit, Fəridə Lütfəliyeva, Murad Səlimov və Mahmud Bağırzadə birinci kateqoriyaya yüksəliblər.

geridə qalan mövsüm xeyli səhvlərlə yadda qalan Vüqar Həsənli birinci kateqoriyaya düşüb.