"Qəbələ" bu xəbərə sevinir

"Qəbələ" bu xəbərə sevinir

"Qəbələ" bu gün Azərbaycan Premyer Liqasının 4-cü turu çərçivəsində "Neftçi"nin qonağı olacaq.

Mediasport.az xəbər verir ki, mövsümə uğursuz başlayan bölgə təmsilçisinin təcrübəli yarımmüdafiəçisi Asif Məmmədov sıraya dönüb.

Uzun müddətdir zədəli olan kapitan kollektiv məşqlərə başlayıb, Feras Abu Akal isə zədədən sonra bərpa prosesi keçir. Buna görə məşqlərdə iştirak etmir.

Xatırladaq ki, “Neftçi Arena”da keçiriləcək “Neftçi” - “Qəbələ” görüşü saat 18:30-da başlanacaq.