Milli komandamızın oyunlarını idarə edəcək hakimlər açıqlandı
Avropa çempionatının 2022/2023-cü il mövsümünün ikinci mərhələsində mübarizə aparacaq 19 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan milli komandasının oyunlarını idarə edəcək hakimlər açıqlanıb.
mediasport.az xəbər verir ki, UEFA Millətlər Liqası formatında təşkil olunan seçmə mərhələ oyunları aprelin 6-11-də Slovakiyada keçiriləcək.
"B" Liqasının beşinci qrupunda mübarizə aparacaq komandamızın ilk oyununu aprelin 8-də Monteneqroya qarşı olacaq. Matçı kiprli İoanna Allayiotu idarə edəcək. Köməkçiləri qismində Despoina Demostenus (Kipr) və Anna Vieçzorek (Polşa) kömək edəcəklər. Dördüncü hakim funksiyasını polşalı Katarzina Lisieçka-Sek yerinə yetirəcək.
Aprelin 11-də baş tutacaq Azərbaycan - Slovakiya dueli serbiyalı Marina Jivkoviçə həvalə edilib. Andrea Miloşeviç (Serbiya), Despoina Demostenus (Kipr) baş hakimin köməkçiləri, kiprli İoanna Allayiotu isə dördüncü hakim kimi çalışacaq.