Rövşən Nəcəf "Qarabağ"ın baş direktoru Əmrah Çəlikəllə görüşüb

Rövşən Nəcəf "Qarabağ"ın baş direktoru Əmrah Çəlikəllə görüşüb

AFFA-nın prezidenti Rövşən Nəcəf "Qarabağ"ın baş direktoru Əmrah Çəlikəllə görüşüb.

Mediasport.az xəbər verir ki, görüş Azərbaycan Premyer Liqasının 36-cı turunun "Araz Naxçıvan" - "Qarabağ" oyunundan öncə baş tutub.

Ağdam klubunun bazasını ziyarət edən federasiya rəhbəri ilə görüşdə AFFA-nın icraçı vitse-prezidenti Sərxan Hacıyev, "Qarabağ"ın baş meneceri Asif Əsgərov və klub rəsmisi Rafiq Şahverdiyev də iştirak ediblər.

AFFA prezidenti bazada yaradılmış şəraitlə tanış olub.

Sonda Rövşən Nəcəfə "Qarabağ"ın baş direktoru Əmrah Çəlikəl tərəfindən komandanın imzalı forması hədiyyə olunub.