"Helsinki" - "Qarabağ" qarşılaşmasına satılan biletlərin sayı açıqlandı

"Helsinki" - "Qarabağ" qarşılaşmasına satılan biletlərin sayı açıqlandı

Sabah UEFA Avropa Liqasının III təsnifat mərhələsinin cavab görüşü çərçivəsində Finlandiyada baş tutacaq "Helsinki" - "Qarabağ" qarşılaşmasına satılan biletlərin sayı açıqlanıb.

mediasport.az xəbər verir ki, bu günədək matça 5500 bilet alınıb.

Satışa arenanın tutumundan bir qədər az - 9500 bilet çıxarılıb. "Bolt Arena"nın tutumu 10770 nəfərdir.

Oyun Bakı vaxtı ilə saat 20:00-da başlanacaq.