"Füzuli" Göygöl səfərində, "Saatlı-Araz" paytaxtda "Dinamo"ya qarşı

"Füzuli" Göygöl səfərində, "Saatlı-Araz" paytaxtda "Dinamo"ya qarşı

Azərbaycan 2-ci Liqasında 7-ci turun oyunları davam edir.

Mediasport.az xəbər verir ki, ikinci oyun günündə 3 görüş baş tutacaq.

Dünən "Şahdağ Qusar" "Şəki Siti"ni (5:0), "Şəmkir" "Qusar"ı (6:0), "Şimal" "Kür-Araz"ı (2:0) məğlub edib.

Azərbaycan 2-ci Liqası. 7-ci tur

18 oktyabr (cümə)

13:30 "Dinamo" - "Saatlı-Araz"

Hakimlər: Əli Əliyev, Nurlan Əhmədzadə, Aydın Bəxşiyev, Emin Abdullayev.

Hakim-inspektor: Zöhrab Qədiyev.

AFFA nümayəndəsi: Namiq Əliyev.

"Neftçi Futbol Mərkəzi" (4-cü meydança).

15:00 "Göygöl" - "Füzuli"

Hakimlər: Şamil İmanzadə, Mirnihat Seyidov, Asif Abdullayev, Rövşən Rəcəbov.

Hakim-inspektor: Əmrah İbrahimov.

AFFA nümayəndəsi: Nəriman Axundov.

Göygöl OİK stadionu.