AFFA rəhbərliyi Xocalı qurbanları abidəsini ziyarət ediblər
Bu gün Azərbaycanda Xocalı facisəinin 32-ci ildönümü qeyd olunur.
Qanlı soyqırımının ildönümü ilə əlaqədar Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının əməkdaşları Xətai rayonu ərazisində faciə qurbanlarının xatirəsinə ucaldılmış abidəni ziyarət ediblər.
Federasiya nümayəndələri şəhidlərin ruhuna ehtiramlarını bildiriblər, xatirə abidəsinin qarşısına qərənfillər düzüblər.