AFFA rəsmisi Emin Cəfərov Gənclər Liqasının oyununa təyinat aldı

  AFFA rəsmisi Emin Cəfərov Gənclər Liqasının oyununa təyinat aldı

AFFA-nın Oyun Əməliyyatları şöbəsinin rəisi Emin Cəfərov UEFA tərəfindən təyinat alıb.

Mediasport.az xəbər verir ki, O, UEFA Gənclər Liqasının Çempionlar yolunun 1-ci mərhələsində keçiriləcək "Jalgiris" (Litva) - TNS (Uels) oyununun UEFA nümayəndəsi olacaq.

Vilnüs şəhərində təşkil olunacaq görüş 18 sentyabrda baş tutacaq. Matçı qazaxıstanlı baş hakim Rustam Omarov idarə edəcək.