Rəşad Sadıqov Ağabalanın müalicə aldığı xəstəxanaya yollanıb
Futbol üzrə Azərbaycan Premyer Liqasının 12-cu turunun açılış oyunu "Səbail" - "Turan Tovuz" matçında məyusedici hadisə yaşandığınıdan məlumatınız var.
Mediasport.az xəbər verir ki, görüşün 45-ci dəqiqəsində rəqib futbolçu Faiq Hacıyevlə toqquşmadan sonra huşunu itirərək yerə yıxılan Bayıl klubunun hücumçusu Ağabala Ramazanovun xəstəxanada müalicəsi davam etdirilir.
Ciddi xəsarət alan 30 yaşlı forvardın həyati təhlükəsi olmasa da, bir neçə gün həkim nəzarəti altında qalmalıdır.
"Liv Bona Dea" xəstəxanasında müalicə alan "dənizçilər"in kapitanını klub rəhbərliyi, komanda yoldaşları, hadisənin iştirakçısı Faiq Hacıyev, o cümlədən, futbol ictimaiyyətinin nümayəndələri ziyarət edirlər.
"Zirə" klubunun baş məşqçisi Rəşad Sadıqov da Ramazanova dəstək nümayiş etdirənlər arasındadır. 42 yaşlı mütəxəssis xəstəxanaya yollanaraq futbolçunun səhhətilə maraqlanıb.