Araz Abdullayev karyerasını Kosovoda davam etdirəcək - RƏSMİ

Araz Abdullayev karyerasını Kosovoda davam etdirəcək - RƏSMİ

Azərbaycan millisinin sabiq futbolçusu Araz Abdullayevin yeni komandası müəyyənləşib.

mediasport.az xəbər verir ki, yarım ildir futbolsuz qalan 31 yaşlı yarımmüdafiəçi karyerasını Kosovoda davam etdirəcək.

Hücumameylli futbolçu Yüksək Liqa təmsilçisi "Lapi" ilə müqavilə 1 illik imzalayıb.

Qeyd edək ki, Abdullayev "Neftçi", "Qəbələ", "Qarabağ", "Sumqayıt", "Everton", "Panionios", "Etnikos Axna", "Anortosis", "Boluspor" klublarında forma geyinib.