AFFA-nın yeni prezidentinin seçiləcəyi tarix dəqiqləşdi - RƏSMİ
Gəncədə AFFA-nın İcraiyyə Komitəsinin növbəti iclası keçirilib.
Mediasport.az xəbər verir ki, iclasdan əvvəl Gəncə Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Səməd Tomuyev, Millət Vəkili Müşfiq Cəfərov, AFFA-nın Prezidenti Rövnəq Abdullayev və İcraiyyə Komitəsinin üzvləri “Kəpəz” Futbol Akedemiyasının yeni inşa edilən binasına baxış keçirib, burada yaradılan şəraitlə tanış olublar.
Daha sonra baş tutan iclasda federasiya prezidenti Rövnəq Abdullayev aprelin 2-də keçiriləcək Hesabat-Seçki konfransında şəxsi istəyilə namizədiyini irəli sürməyəcəyini açıqlayıb.
Toplantıda bir neçə məsələ müzakirə olunub və bəzi qərarlar qəbul edilib:
1. AFFA-nın Növbəti Hesabat-Seçki Konfransı 2 aprel tarixinə təyin edilsin;
2. Müvafiq müraciətə əsasən, adları aşağıda göstərilmiş futbol veteranlarına AFFA-nın təqaüdü verilsin:
- İsmayıl Əliyev
- Esmiralda Ələkbərova (həkim)
- Gəray Qarayev
- İqor Ponomaryov
- Vaqif Sadıqov
- Maşallah Əhmədov
Qeyd edək ki, “Kəpəz” Futbol Akedemiyasının tikintisi ilə bağlı İcraiyyə Komitəsinə hesabat təqdim edilib.