Millimiz Türkiyədəki toplanışa 12 futbolçu ilə yollanacaq - SİYAHI

Millimiz Türkiyədəki toplanışa 12 futbolçu ilə yollanacaq - SİYAHI

Çimərlik futbolu üzrə Azərbaycan yığması 25 sentyabrdan - 3 oktyabra qədər Türkiyənin Alanya şəhərində təlim-məşq toplanışı keçəcək.

Mediasport.az xəbər verir ki, millimiz hazırlıq çərçivəsində yoldaşlıq oyunlarında da iştirak edəcək.

Toplanış oktyabrın 4-dən 15-dək İspaniyada baş tutacaq dünya çempionatının seçmə mərhələsinə hazırlıq xarakteri daşıyır.

Azərbaycan milli komandası dünya çempionatının seçmə mərhələsinin A qrupunda İspaniya, İngiltərə, Gürcüstan ilə mübarizə aparacaq.

Milliyə dəvət edilən oyunçuların siyahısı

Qapıçılar: Elçin Qasımov, Vaqif Şirinbəyov;

Oyunçular: Amid Nəzərov, Comərd Baxşəliyev, Elşad Manafov, Orxan Məmmədov, İsa Zeynallı, Sabir Allahquliyev, Ramil Əliyev, Kamran Qürbətov, Rüfət Məmmədli, Bayram Bayramlı.