AFFA "Zirə" klubunun apellyasiya şikayətini qismən təmin edib

AFFA "Zirə" klubunun apellyasiya şikayətini qismən təmin edib

AFFA-nın Apellyasiya Arbitraj Tribunalı futbolçu Pyer Zebli ilə bağlı "Zirə" klubunun apellyasiya şikayətini qismən təmin edib.

Mediasport.az milli assosiasiyanın rəsmi saytına istinadən xəbər verir ki, 25 yaşlı yarımmüdafiəçinin 2 oyunluq cəzasının çəkilməmiş hissəsi, yəni, 1 oyunluq cəza şərti tətbiq ediləcək.

Ona üç ay sınaq müddəti təyin edilib. Futbolçu bu müddət ərzində törədilən qayda pozuntusuna görə əlavə 1 oyunluq cəza alacaq. Paytaxt təmsilçisinin 1500 manat məbləğində cərimələnməsi qüvvədə saxlanılıb.

Apellyasiya Arbitraj Tribunalının qərarından Lozannadakı (İsveçrə) İdman üzrə Arbitraj Məhkəməsinə (CAS) şikayət verilməsinin mümkünlüyü maraqlı tərəflərə izah edilib.