"Azərbaycana uçub rahat 3 xal qazanacağınızı düşünə bilməzsiniz"
"Gələn ilin martında Estoniya və Azərbaycanla oyunlarımız var. Hər iki komanda ilk dəfə final mərhələsinə vəsiqə qazanmaq istəyir. Odur ki, bu rəqiblərə yuxarıdan aşağı baxmaq olmaz".
mediasport.az xəbər verir ki, bu sözləri AÇ-2024-ün seçmə qrup mərhələsində milli komandamızın rəqibi olacaq Avstriya yığmasının baş məşqçisi Ralf Ranqnik deyib.
64 yaşlı mütəxəssis bildirib ki, bu yığmalarla matçlara 3 xal gözü ilə baxmırlar: "Azərbaycana uçub, rahat 3 xal qazanacağınızı düşünə bilməzsiniz. Heç bir oyun asan olmayacaq. Amma əsas məqsədimiz, istənilən halda, hər bir rəqibi məğlub edib final mərhələsinə birbaşa vəsiqə qazanmaq olacaq".
Azərbaycan millisi seçmə mərhələdə Belçika, Avstriya, İsveç və Estoniya ilə birlikdə F qrupunda mübarizə aparacaq. Yığma ilk oyununu gələn il martın 24-də səfərdə məhz Avstriyaya qarşı keçirəcək.