Həftənin futbolçusu seçildi
Avropa Liqasında qrup mərhələsinin sonuncu turunun ən yaxşı oyunçusu müəyyənləşib.
mediasport.az xəbər verir ki, həftənin ən yaxşısı adına "Monako"nun hücumçusu Kevin Vollan layiq görülüb.
30 yaşlı forvard azarkeşlər arasında keçirilən səsvermədə "Betis”dən Aytor Ruibal, “Midyullan”dan Anders Dreyer və “Roma”dan Lorenso Pelleqrinini qabaqlayıb.
Hücumçu "Srvena Zvezda"ya 4:1 hesabı ilə qalib gəldikləri görüşdə het-trik edib.