Türkiyə Superkubokunda final oyununun yeri və vaxtı məlumdur
Ötən il dekabrın 29-da Səudiyyə Ərəbistanında keçirilməli olan və son anda siyasi səbəblərdən təxirə salınan Türkiyə Superkuboku finalının vaxtı və yeri müəyyənləşib.
Mediasport.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, "Qalatasaray"la "Fənərbağça" arasında oynanılacaq həlledici qarşılaşma Şanlıurfa stadionunda keçiriləcək.
Oyun aprelin 3-də baş tutacaq.
Qeyd edək ki, final matçı Ərəbistan yarımadasında yerli hökumətin Mustafa Kamal Atatürklə bağlı şüarlara icazə verməməsi səbəbindən reallaşmamışdı.