Andrea Pirlonu qovdular - RƏSMİ

Andrea Pirlonu qovdular - RƏSMİ

Ötən ilin yayında "Fatih Karagümrük" futbol klubu ilə müqavilə bağlayan baş məşqçi Andrea Pirlo istefaya göndərilib.

mediasport.az xəbər verir ki, Türkiyə təmsilçisi italyan mütəxəssislə qarşılıqlı razılıq əsasında yolları ayırıb.

Superliqada başa çatmaqda olan cari mövsümdə "Maestro"nun rəhbərliyi altında 33 görüş keçirən komandanın qarşısına daha ciddi hədəflər qoyulsa da, ilk "5-lik"dən çox uzaq düşüb. İstanbul klubu hazırda turnir cədvəlinin 9-cu pilləsində qərarlaşıb.

44 yaşlı çalışdırıcının Türkiyəyə qədər baş məşqçi kimi son klubu doğma "Yuventus" olmuşdu.