"Ağdaş" klubunun azarkeşlərinə şad xəbər: Texniki qələbə aldılar
Azərbaycan 2-ci Liqasının II turu çərçivəsində baş tutmuş "Ağdaş" - "Baku Sportinq" oyununun (2:4) nəticəsi ləğv edilib.
Mediasport.az xəbər verir ki, bu barədə İntizam Komitəsinin iclasında qərar qəbul edilib.
Bildirilir ki, görüşün 58-ci dəqiqəsində meydana girən "Baku Sportinq"in 10 nömrəli futbolçusu Elgün Abbaslının adı protokolda olmayıb.
Bu səbəbdən də paytaxt təmsilçisinə 0:3 hesablı texniki məğlubiyyət verilib. Bundan əlavə “Baku Sportinq” klubu 400 manat cərimə edilib.