Alman məşqçi: "Azərbaycanla Ermənistan müharibə şəraitindədir

Alman məşqçi: "Azərbaycanla Ermənistan müharibə şəraitindədir

Avroliqanın qrup mərhəəsinin son turu çərçivəsində sabah "Qarabağ"la qarşılaşacaq "Frayburq"un baş məşqçisi Kristian Ştrayx oyundan əvvəl təşkil olunan mətbuat konfransında iştirak edib.

mediasport.az xəbər verir ki, almaniyalı mütəxəssis jurnalistlərin suallarını cavablandırıb.

“Qarabağ”la oyun üçün heyəti müəyyənləşdirmisiz?

- Xeyr, hələ əsas heyətlə bağlı qərarımı verməmişəm. Əvvəlcədən nəsə demək istəmirəm. Oyuna yaxın qərar verəcəyik. Hazır olanların hamısı bizimlə Bakıya yollanacaq.

Heyətdə rotasiya olacaq?

- Komandada 27 futbolçuya sahibik və hər kəsin də sabah oynamaq üçün şansı var. Sabah kimin meydana çıxacağı yox, necə oynayacağı önəmlidir. “Qarabağ”la matçda komandanın birliyi lazım olacaq. Sabah mənə lazım olanlar meydana çıxacaq. Qələbə üçün 100 faizimizi verəcəyik və yalnız bundan sonra “Köln”lə oyunu düşünəcəyik.

“Qarabağ” haqda nə deyə bilərsiz?

- Çox yaxşı komandadır. Bilirəm ki, Qurban Qurbanov 2008-ci ildən orada çalışır, böyük məşqçidir. “Qarabağ” güclü hücum xəttinə malikdir. Maraqlı komandadır. Onların matçlarını izləmək çox xoşdur. Biz bunu ilk oyunda gördük. Nə yaxşı ki, evdə onlara qalib gələ bildik (2:1). Bu, çox vacib idi.

Azərbaycanda siyasi vəziyyətin necə olduğunu bilirsiz?

- Mən təfərrüatlara girmirəm. Bilirəm ki, Azərbaycanla Ermənistan müharibə şəraitindədi. Amma biz Qarabağda yox, Bakıda oynayırıq.