"Ulduz" yarımfinalda - "Quba" və "Qarabağ" böyük hesablarla uduzdu
Quba şəhərində 12 yaşadək futbolçular arasında keçirilən "Ulduz Cup" beynəlxalq turnirinda qrup mərhələsinə yekun vurulub.
Mediasport.az xəbər verir ki, A qrupunda təmsilçilərimizdən "Ulduz" Şimali Kipr Türkiyə Respublikasını məğlub edib (3:1), "Quba" "Bunedkor"a uduzub (0:9).
B qrupunda "Dinamo" (Minsk, Belarus) "Qarabağ"ı 12:0, "Saburtalo" isə "Metak"ı 2:0 hesabı ilə üstələyib.
Nəticədə, "Ulduz" yarımfinal mərhələsinə adını yazdırıb. "Qarabağ", "Quba", "Metak" 5-8-ci yerlər uğrunda mübarizə aparacaq.
"Ulduz Cup" turniri. 4 sentyabr
A qrupu
Şimali Kipr Türkiyə Respublikası - "Ulduz" 1:3
"Bunedkor" FK (Özbəkistan) - "Quba" 9:0
B qrupu
"Metak" - "Saburtalo" (Gürcüstan) 0:2
"Dinamo" (Minsk, Belarus) - "Qarabağ" 12:0
5 sentyabr
Yarımfinal mərhələsi
15:30 "Ulduz" FA - "Saburtalo" (Gürcüstan)
17:00 "Bunedkor" FK (Özbəkistan) - "Dinamo" (Minsk, Belarus)
5-8-ci yerlər uğrunda mübarizə
10:00 Şimali Kipr Türkiyə Respublikası - "Qarabağ"
10:00 "Quba" - "Metak"