ÇL-də ilk turun ən yaxşısı olmağa namizədlər müəyyənləşib

ÇL-də ilk turun ən yaxşısı olmağa namizədlər müəyyənləşib

UEFA Çempionlar Liqasının qrup mərhələsinin I turunun oyunlarından sonra həftənin ən yaxşı futbolçusu adına namizədlər müəyyənləşib.

Mediasport.az xəbər verir ki, 4 namizəd "Barselona"dan Joau Feliş, "Real"dan Cud Bellingem, "Arsenal"dan Martin Odeqar və "Portu"dan Qalenodur.

Qalib UEFA-nın rəsmi saytında azarkeşlərin səsverməsindən sonra seçiləcək.