DÇ-2026: Seçmə mərhələdə 3-cü raundun püşkü atılıb
Asiya qitəsində dünya çempionatının seçmə mərhələsi çərçivəsində 3-cü raundun püşkü atılıb.
Mediasport.az xəbər verir ki, 18 milli komanda 3 qrupda mübarizə aparacaq.
Hər qrupdan ilk 2 yer birbaşa mundiala vəsiqə verəcək. Komandalar ev-səfər olmaqla ümumi 10 oyun keçirəcəklər.
Qrupda 3 və 4-cü yeri tutan kollektivlər (6 komanda) hər biri 3 yığmadan ibarət olmaqla 2 qrupa bölünəcək.
Neytral meydanda 1 dövrəlik oyunlar olacaq və hər 2 qrupu birinci bitirən DÇ-2026-ya vəsiqə qazanacaq.
Qrupda 2-ci olanlar növbəti mərhələyə vəsiqə qazanacaq.
Sonuncu mərhələdə bundan öncəki raundda qrupda 2-ci olanlar öz aralarında ev / səfər olmaqla 1 oyuna çıxacaq və həmin cütün qalibi konfederasiyalararası pley-off oyununda mübarizə aparacaq.
Həmin cütün qalibi mundiala vəsiqə qazanacaq.
DÇ-2026 Asiya seçmələri. 3-cü mərhələ
A qrupu: İran, Qətər, Özbəkistan, Birləşmiş Ərəb Əmirlikləri, Qırğızıstan, Şimali Koreya
B qrupu: Cənubi Koreya, İraq, İordaniya, Oman, Fələstin, Küveyt
C qrupu: Yaponiya, Avstraliya, Səudiyyə Ərəbistanı, Bəhreyn, Çin, İndoneziya