AMADA-nın sifarişi ilə 58 idmançıdan test götürülüb
2023-cü ildə Azərbaycan Milli Antidopinq Agentliyinin (AMADA) sifarişi ilə ölkədən kənarda Azərbaycanın 58 idmançısından test nümunəsi götürülüb.
AMADA-nın mətbuat xidmətindən Mediasport.az saytına verilən məlumata görə, Türkiyə və Rusiyanın hər birində 17, Avstriyada 12, Bolqarıstanda 8, Yaponiyada isə 4 idmançı antidopinq testindən keçib.
Testetmə AMADA-nın həmin ölkələrin milli antidopinq təşkilatları ilə mövcud əməkdaşlığı çərçivəsində təşkil olunub.
Qeyd edək ki, 2023-cü ildə AMADA 282 beynəlxalq sifariş əsasında test həyata keçirib.