"Turan Tovuz" irqçiliyə qarşıdır!
“Turan Tovuz” Futbol Akademiyasının U-19, U-17, U-16 və U-15 komandalarının üzvlərinə və məşqçi heyətinə irqçiliyə qarşı mübarizə üzrə təlim keçirilib.
Qərb klubundan Mediasport.az saytına verilən məlumata görə, tədbirdə akademiyanın koordinatoru Rasim Əliyev, mətbuat katibi, eyni zamanda lisenziyalaşdırma meneceri Süleyman Tağıyev, futbolda sosial məsul üzrə əməkdaşı Elmir Musayev iştirak ediblər.
Görüş zamanı mövzu ilə bağlı xüsusi təqdimatlar edilib, maarifləndirici çıxışlar aparılıb, əyani videoçarxlar nümayiş olunub.
“Turan Tovuz” futbol adına ləkə salan və ümumiyyətlə, insanlıqdan uzaq olan bu cür halları pisləyib, irqçiliyə qarşı mübarizə aparacağını bəyan edib.